ƏRZAQ SƏBƏTİ

18 hektarlıq Gəncə bazarında vəziyyət necədir?
29 MAY
520

18 hektarlıq Gəncə bazarında vəziyyət necədir?

2018-05-29 14:27:00

Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevin təşəbbüsü ilə yeni, müasir satış mərkəzinin qurulması həyata keçirilir. Şəhərin mərkəzindəki köhnə kolxoz bazarı ləğv edilərək yeni inşa olunmuş “Grand Qafqaz” ticarət mərkəzinə köçürülür. “Grand Qafqaz” açılana qədər Gəncədə 3 bazar fəaliyyət göstərirdi. 
Yeni tikilmiş Gəncə Grand Qafqaz Ticarət Kompleksi fəaliyyətini yavaş-yavaş genişləndirir. Bu günlərdə kompleks bölgənin istehsalçılarına və şəhər əhalisinə müraciət edib. Müraciətdə deyilir:” Əziz gəncəlilər,  Gəncə Grand Qafqaz Kompleksində gündəlik olaraq bütün kənd təsərrüfatı məhsullarının laborator müayinəsi keçirilir, hər bir məhsul  mütəxəssislər tərəfindən yoxlanıldıqdan sonra satışa icazə verilir”.
18 hektar ərazini əhatə edən bazarda  bostan bitkiləri, meyvə- tərəvəz, ət, süd, un məmulatları və digər sektorlar fəaliyyət göstərir, balıqlar üçün böyük akvariumlar, iri soyuducular qoyulub.

“Aqrobiznes” 

Eləcə də bax: Xaricdən gətirilən kərə yağları ilə bağlı RƏSMİ AÇIQLAMA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9810
  • ₽ RUB
    0.0269