ƏRZAQ SƏBƏTİ

Plastik qablar qadağan ediləcək
29 MAY
374

Plastik qablar qadağan ediləcək

2018-05-29 11:00:00

Avropa İttifaqı (Aİ) dünya okeanının çirklənməsinə səbəb olan birdəfəlik istifadə edilən plastik məhsullara (plastik qab, qaşıq, çəngəl, boşqab, qulaq çöpü və s.) məhdudiyyətin qoyulmasını təklif edib.

Avropa Komissiyası bu məhsullarla bağlı yeni qaydaların gətirilməsini təklif edib. Təklifə əsasən, uyğun qiymətə alternativlərinin olduğu plastik məhsulların satışı qadağan olunacaq.

Aİ üzvü olan ölkələr plastik ərzaq və içki qablarının istifadəsini alternativ məhsullar istehsal edərək azaldacaqlar.

Təklif görə, Aİ üzvü ölkələr 2025-ci ilədək plastik qabların 90 faizini toplamaq məcburiyyətində olacaq.

Təklifin qanuniləşməsi üçün Avropa Şurası, Avropa Komissiyası və Avropa Parlamenti arasında üçtərəfli görüş keçiriləcək. Razılıq olarsa, təklif qüvvəyə minəcək. (Sputnik)

Eləcə də bax: Xaricdən gətirilən kərə yağları ilə bağlı RƏSMİ AÇIQLAMA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9876
  • ₽ RUB
    0.0249