ƏRZAQ SƏBƏTİ

Azərbaycandan Belarusa 84 tondan artıq qida ixrac edilib
23 MAY
236

Azərbaycandan Belarusa 84 tondan artıq qida ixrac edilib

2018-05-23 16:10:00

“Artıq Azərbaycanın Belarusda Ticarət Evi fəaliyyət göstərir və indiyədək bu ticarət evi vasitəsilə ölkəmizdən Belarusa 84 tondan artıq meyvə-tərəvəz məhsulları, zeytun yağı, nar şirəsi və çay ixrac edilib. Yaxın vaxtlarda Azərbaycanın Latviya və Ukraynada Ticarət evləri fəaliyyətə başlayacaq”. Bunu iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Nazir bildirib ki, hazırda Azərbaycanın BƏƏ, Çin və Rusiyada Ticarət evlərinin açılması imkanları araşdırılır. Azərbaycan məhsullarının ixracında istehsalçılara dəstək göstərmək və ixracatçılar arasında daimi ünsiyyət platformasını formalaşdırmaq məqsədilə yaradılmış İxracatçılar Klubunun 4 və Arıçılar, Nar, Fındıq, Şərab, Çay və Süd istehsalçıları və ixracatçıları assosiasiyalarının 6 iclası keçirilib, 2018-ci ilin I rübündə 50-ə yaxın şirkətə ixraca dair xidmətlər göstərilib.

Eləcə də bax: Tərtərdə qəribə ağac: 14 növ gilas 1 ağacda yetişir - VİDEO

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9745
  • ₽ RUB
    0.0267