ƏRZAQ SƏBƏTİ

Regionda ən baha ət hansı ölkədədir?
21 MAY
4619

Regionda ən baha ət hansı ölkədədir?

2018-05-21 10:01:00

“Novoye Vremya” qəzetində isə “Aqrar sahə: artım var, amma hələ o deyil” sərlövhəli məqalə diqqət cəlb edir. Müəllif aqrar sahədəki durumu gündəmin müzakirə müstəvisinə daşıyır.

Müəllif deyir ki, kənd təsərrüfatı haqda 10 ildən çoxdur ki, iqtisadiyyatın qeyri-neft sektorunun priroitet sahəsi kimi danışılsa da hələlik burada uğurlar o qədər də nəzərəçarpan deyil: “Kənd təsərrüfatı məhsullarının ixracının artması hələ o demək deyil ki, ölkə kənd təsərrüfatı hansısa yeni inkişaf mərhələsinə qədəm qoyub. Keçmiş ilə müqayisədə hansısa hərəkət var, amma Azərbaycan məhsulları dünya bazarında rəqabətqabiliyyətlidir söyləmək hələ çox tezdir”.

Müəllif Süd və Süd Məhsulları İxracatçıları İctimai Birliyinin sədri Samir Eyyubova istinadən deyir ki, Azərbaycan Rusiya, Qazaxıstan bazarlarını süd məhsulları ilə təmin etməkdə çətinilik çəkir və həmin sahəni Belarus istehsalçıları tutublar.

Müllif deyir ki, S.Eyyubov buna səbəb kimi Azərbaycan süd məhsullarının maya dəyərinin çox yüksək olmasını göstərib: “Biz Kənd Təsərrüfatı Nazirliyi ilə birgə südün maya dəyərinin aşağı salınması üçün proqram hazırlamaq istəyirik. Hazırda fermerlər zərərlə işləyirlər, yüksək maya dəyəri bazarın xarici məhsullar tərəfindən tutulmasına səbəb olur və bu, ixracın azalmasını məhdudlaşdırır”.

Müəllif deyir ki, özü də bu hal təkcə kənd təsərrüfatına yox, bütünlükdə heyvandarlığa da aiddir, belə ki, başqa ölkələrlə sərhəddə yaşayanlar həmin ölkələrlə alış-veriş edirlər ki, orada ərzaq ucuz və keyfiyyətlidir.

Müəllif deyir ki, bu mənada regionda ən baha ət Azərbaycandadır. 

Müəllif rəsmi statistikaya istinadən yada salır ki, 2017-ci il ilə müqayisədə 2018-ci ilin ilk rübündə kənd təsərrüfatı məhsullarının həcmi 4,2 % artıb.

Müəllif vurğulayır ki, bu artıma baxmayaraq, bu məhsullar ÜDM-də cəmi 5,6% yer tutur, baxmayaraq ki, əhalinin 36%-i bu sahədə məşğuldur.

Məqalə müəllfi bildirir ki, Azərbaycan buğda, süd, tərəvəz və meyvə istehsalının həcmi kimi istiqamətlərdə kifayət ciddi şəkildə geri qalır.

Müəllif deyir ki, kənd təsərrüfatı istehsalçılarına subsidiyaların verilməsi genişlənib, onlar bir çox vergilərdən azad olunublar, görünür, ümid var imiş ki, bazar özü hər şeyi öz yerinə qoyar, amma məlum olub ki, özümüz istehsal etməkdənsə qonşu dövlətdən kənd təsərrüfatı idxal etmək daha ucuz başa gəlir.

Müəllif vurğulayır ki, Azərbaycanda irihəcmli kənd təsərrüfatı istehsalı çox azdır, həm də belə təsərrüfatlar son bir neçə ildə yaradılmağa başlayıb.

Müəllfi hesab edir ki, fermerlərin maliyyə resurslarına əlçatanlığının məhdud olması istehsalı artırmağa imkan verməyib.

Müəllifə görə, burada daha bir problem yüksək faiz səbəbindən banklardan kreditlərin götürülməməsindədir, Milli Sahibkarlığa Kömək Milli Fondunun xəttilə verilən kreditlər isə azlıq təşkil edir.(contact.az)

Eləcə də bax: Ev şəraitində nehrə yağının keyfiyyətini necə yoxlamaq olar?

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256