ƏRZAQ SƏBƏTİ

Azexport Beynəlxalq Qida Sənayesi Sərgisində iştirak edir
18 MAY
96

Azexport Beynəlxalq Qida Sənayesi Sərgisində iştirak edir

2018-05-18 11:25:00

Azexport.az portalı Azərbaycan Beynəlxalq Qida sənayesi “WorldFood Azerbaijan 2018” sərgisində iştirak edir. Azexport.az portalının stendində ziyarətçilərə qeyri-neft sektoru, o cümlədən kənd təsərrüfatı və ərzaq məhsulları barədə məlumatlar təqdim edilir. Portal bu məhsulların daxili və xarici bazarlarda satışı üçün əlverişli platformaya çevrilib. Azexport dünyanın ən populyar elektron satış şəbəkələri ilə inteqrasiya olunaraq, Azərbaycan mallarını dünyaya sərgiləyir. Mütəmadi yenilənən, istifadəyə rahat və əlçatan olan Azexport.az vasitəsilə “Made in Azerbaijan” brendi alıcılara daha da yaxınlaşdırılır.

Sərgidə ziyarətçilərə Vahid on-line ixrac ərizəsi və Azexport.az portalından istifadə qaydaları haqqında geniş məlumat verilib.

Azexport.az portalı hazırda Azərbaycanın kənd təsərrüfatı və ərzaq məhsullarının ixracatçıları üçün uğurlu platforma hesab olunur. Belə ki, 2018-cı ilin ilk rübündə Azexport.az portalı tərəfindən xarici tərəfdaşlardan alınan ixrac sifarişlərinin mühüm bir hissəsi məhz bu sektorun payına düşür. 2018-cı ilin ilk rübündə 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatı və qida məhsullarına daxil olan ixrac sifarişləri iki dəfə artıb.

Məlumat üçün bildirək ki, hər il keçirilən sərgidə Azərbaycan, Belarus, Belçika, İspaniya, İtaliya, Qazaxıstan, Latviya, Rusiya, Yunanıstan, Macarıstan və digər ölkələrin aparıcı şirkətləri iştirak edir.

Bu ilki sərgi çərçivəsində süd, qənnadı məmulatları, şokolad, soyuducu avadanlıq təchizatçıları, çay istehsalçıları və s. sahələrin nümayəndələri iştirak edirlər. Sərgidə ilk dəfə olaraq "yeniliklər vitrini" təşkil olunub. Burada iştirakçılar bazarda təqdim edilməmiş yeni məhsullarını nümayiş etdiriblər.

Eləcə də bax: 50 qəpiyə satılan "min bir dərdin dərmanı"

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0016
  • ₽ RUB
    0.0276