ƏRZAQ SƏBƏTİ

Belarusun mağazalar şəbəkəsi Bakıda biznesini genişləndirməyə çalışır
17 MAY
141

Belarusun mağazalar şəbəkəsi Bakıda biznesini genişləndirməyə çalışır

2018-05-17 11:31:00

“Biz “WorldFood” sərgisində Belarusun mağazalar şəbəkəsini təqdim edirik. Bu günə qədər Azərbaycanda beş belə mağaza fəaliyyət göstərir, onların dördü Bakıda, biri isə Naxçıvanda yerləşir. Şirkətimiz Belarusun ərzaq məhsulları çeşidlərini Azərbaycan bazarında xalqımızın istehlak tələbatına uyğun olaraq təklif edən ilk müəssisələrdən biridir. Bunlar ilk növbədə, çox sayda süd məhsullarıdır”. Bunu  “Aznur” şirkətinin marketinq üzrə meneceri Nərminə Xudiyeva deyib.

O bildirib ki, şirkət “ММЗ1”, “Молочный Мир” və başqa ən qabaqcıl zavodlarla əməkdaşlıq edir: “Ət məhsullarının satılması baxımından tanınmış “Борисовский”, “Гродненский” ət kombinatları ilə əməkdaşlıq edirik. Bu gün isə (yeni məhsul kimi) sərgidə yarıbitmiş toyuq məhsullarının əsas istehsalçısı – “Дзержинский” kombinatının məhsullarını təqdim edirik”.

Stendimizdə qənnadı məmulatları “Коммунарка”, “Домочай” kimi müxtəlif brendlər tərəfindən təqdim edilir. Klassik və milli reseptlərə uyğun hazırlanmış çörək məhsulları xüsusilə məşhurdur. Biz xalqımızın keyfiyyətli məhsul istehlak etməsini istəyirik və buna görə, biz uzun illərdir ki, bu sərgidə iştirak edərək, insanlara yeni məhsullarımız barədə məlumat verməyə çalışırıq. Bu günlərdə ziyarətçilər bizim ekspozisiyadakı istənilən məhsulu dadmalıdırlar. Biz istehlakçıların hər zövqünü nəzərə alaraq həmişə biznesi genişləndirməyə çalışır və məhsulların çeşidini daha da artırmağı planlaşdırırıq”. (Foodinfo.az)

Eləcə də bax: 50 qəpiyə satılan "min bir dərdin dərmanı"

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9906
  • ₽ RUB
    0.0276