ƏRZAQ SƏBƏTİ

50 qəpiyə satılan "min bir dərdin dərmanı"
16 MAY
7453

50 qəpiyə satılan "min bir dərdin dərmanı"

2018-05-16 13:36:00

Bu günlərdə yarmarkalarda satılan bu bitkiyə bəlkə çoxları əhəmiyyət vermir. Amma bu bitki sağlamlıq üçün çox vacibdir: Baldırğan.

İlkin yazda dağlıq ərazilərdə yabanı bitir, çox dadlı bir bitkidir. Hətta yaşlılar xatırlayır ki, xüsusi günlər müəyyən edib ailəvi dağlara, dərələrə baldırğan yeməyə gedirdilər. 
Baldırğan həvəskarı olanlar həftəsonu kənd təsərrüfatı yarmarkalarına gedərək alıb yeyə bilərlər. Sumqayıt şəhərində keçirilən yarmarkada mayın ortalarına qədər baldırğan satılacaq. Bunu Tovuz rayonundan baldırğan satmağa gəlmiş Elnur Zahidov deyir: ”Hər həftə yarmarkaya baldırğan satmağa gəlirəm, dəstəsi 0,50 qəpikdir. Yaxşı satılır. Dağlarda, dərələrdə doludur, pulsuz yığıb gətiririk ki, şəhərdə yaşayan həvəskarlar onun dadına baxsınlar. Alanlar yaşlılardır, hamısı baldırğanı uşaq vaxtı yediklərinə görə yaddaşlarında qalıb. Yaşlı qadınlar alıb duza qoyurlar, əla turşusu çıxır. Artıq vaxt azalıb, yalnız mayın əvvələrinə qədər baldırğan olacaq”. 
Diqqətə çatdıraq ki, baldırğan bitkisi dağlıq ərazilərində yetişən yabanı növ tərəvəzlərdən biridir. Ürək keçmələrində (epilepsiya), astma, qaraciyər və sarılıq xəstəliklərinin əleyhinə faydalıdır, iştahı artırır. Bitkinin gənc və yumşaq gövdələri toplandıqdan sonra emal edilir və yarım portlədilmiş halda duzlu şorada üç-dörd ay yetişdirilir. Baldırğandan duza qoyulmuş halda və yaxud qızardılıb bişirilmiş yumurta çalması ilə birgə  istifadə edirlər.
Təzə toplanmış bitkidən hazırlanan çaydan qastrit, həmçinin həzm sisteminin pozulması, qan təzyiqi, ürək-damar xəstəlikləri zamanı istifadə olunur. Yerüstü hissəsindən alınmış şirə isə yaman şişlərin müalicəsində kömək edir. Yarpaqlarından hazırlanmış narın toz dəri qaşınmalarının qarşısını alır. 
“Aqrobiznes”

Eləcə də bax: İnam Kərimovun verdiyi tapşırıq vəziyyəti dəyişdi - VİDEO

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256