ƏRZAQ SƏBƏTİ

Restoranlarda iftar menyuları hansı qiymətdən başlayır? - VİDEO
15 MAY
196

Restoranlarda iftar menyuları hansı qiymətdən başlayır? - VİDEO

2018-05-15 12:26:00

Ramazan ayının yaxınlaşması ilə əlaqədər bəzi restoranlar oruc tutan insanlar üçün iftar menyuları hazırlayıblar. 11 ayın sultanı Ramazan ayının başlamasına sayılı günlər qalıb.

Artıq paytaxta bəzi restoranlar Ramazan ayına özəl hazırlıqlar görüb. Belə ki, bəzi restoranlar oruc tutanlar üçün iftar menyuları hazırlayıblar. Qiymətlər isə menyuda olan yemək çeşidlərinin sayına görə dəyişir. Şəhər restoranlarında iftar menyularının minimum qiyməti 7-10 manatdan başlayır.

Restoranlarda bahalı iftar menyularının qiymətləri isə əsasən 20 manatdan başlayır və 60 manata qədər davam edir. Bundan başqa, bəzi restoranlarda imsaq menyuları da təklif edilir. Burada səhər yeməkləri limitsiz olaraq verilir və qiymətlər 10 manatdan başlayır.  (Xezerxeber)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0016
  • ₽ RUB
    0.0276