ƏRZAQ SƏBƏTİ

Ev şəraitində nehrə yağının keyfiyyətini necə yoxlamaq olar?
14 MAY
432

Ev şəraitində nehrə yağının keyfiyyətini necə yoxlamaq olar?

2018-05-14 15:20:00

Əksər market və satış nöqtələrində tərkibində palma olan saxta “nehrə yağ”ları satılır. Ucuz qiymətə, 6-7 manata. 

İlk növbədə qoxusuna diqqət edin:  Nehrə yağını əridən zaman qazandakı yağ buxar olub havaya sovrulursa və əvəzində ətrafa sərt qoxu yayılırsa, şübhələnməlisiniz. Əsl nehrə yağı əridiləndə tünd sarı rəng almalı və xoş qoxu verməlidir.

İkincisi, təbii nehrə yağı əridilərkən bərabər şəkildə əriməlidir, saxta olanların səthində damcılar əmələ gəlir. Bu palma yağına və ya marqarinə aid xüsusiyyətdir. Üçüncüsü, təbii kərə yağı soyuqdan isti mühitə düşdükdə sərtliyini itirmir, amma palma və marqarin tərkibli yağlar mətbəx havasında yumşalır, hətta əriməyə başlayır. Keyfiyyətli qaymaqdan hazırlanan yağ möhkəm və əllə toxunduqda hamar olur. Kəsildikdə qatlara bölünmür  və parlaq görünür.
Sonuncusu, təbii kərə yağı soyuducudan çıxarılan kimi parçalanmamalıdır. Çörəyin üzərinə qalın, vahid, bircinsli qat kimi çəkilməlidir.

"Aqrobiznes"

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0254