ƏRZAQ SƏBƏTİ

"Heç bir qoruyucu qatqı maddə ehtiva etmir" nə deməkdir?
14 MAY
242

"Heç bir qoruyucu qatqı maddə ehtiva etmir" nə deməkdir?

2018-05-14 15:03:00

Qida paketlərinin üzərində olan və diqqətimizi çəkən ətrafı yaşıl, ya da yaşıl rənglə yazılmış bu elan hər alış-verişdə diqqət çəkir və bizi almağa sövq edir.
Yaşıl rəng bizə; güvən, təbiət ilə iç-içə olduğunu, budağından qoparılıb süfrəmizə gəldiyini göstərir. Bunların hamısı firmaların bir aldatmasıdır. Ən əsası, biz qidada heç bir qatqı maddə olmadığını düşünür və o qidanı alırıq. Qida istehsalçıları, təbii qatqı maddələrinin yerinə kimyəvi və sintetik alternativləri ilə bizi həqiqətən öldürürlər! 
Qidaların üzərində "Heç bir qoruyucu qatqı maddə ehtiva etmir" yazısı "Heç bir qatqı maddəsi yoxdur" mənasını vermir. Məsələn: "Heç bir qoruyucu qatqı maddə ehtiva etmir"- deyə yazan hazır şorbada “MSG” adlı ləzzət artırıcı qatqı maddəsi var. Nevrotoksin olan “MSG”, sinir hüceyrələrinə, mərkəzi sinir sisteminə zərər verir və kanserogendir. Ürək döyüntülərinə, hiperaktivliyə, boynun qıc olmasına, ürəkbulanmaya, qusmağa, qarın ağrısına, əzələ zəifliyinə, ümumi halsızlığa, yanma hissinə və miqrenə səbəb olur. Bəzi hallarda anafilaktik şoka səbəb olur. Bəzi dərmanlarla və həssas insanlarda sinir krizinə, şizofreniya və apatiyaya səbəb olur. Hədsiz iştah artmasına səbəb olduğundan piylənməyə aparıb çıxarır.  
Hər cür tez-bazar qidalarla,  şirniyyat, hazır meyvə suyu və mürəbbələrdə, kola və s. boyalı qazlı içkilər, meyvə tozları, hər cür boyalı içki, boyalı hazır meyvəli qatıq və puddinqlər, hazır şorbalar, hazır souslar, ketçup, mayonez və s. hazır ədviyyat və küftə qarışıqları, hər cür cips içinə qatqı maddəsi qarışdırılan hər cür yemək, kolbasa, sosis, ət, toyuq və digər ət məhsulları (hamburger də), istehlaka hazır donmuş-donmamış bütün yeməklər, qısacası bütün qablı (hazır) qida maddələrindən uzaq durub, təbbi qidalanamağa üstünlük verməliyik.
Hər il mindən çox yeni kimyəvi qatqı maddəsi qida sektorunda, rəflərdə və bu səbəbdən orqanizmimizə daxil olur. Bu qatqı maddələrinin çoxu etiket kodlarla yer alır.
Qida Təhlükəsizliyi Hərəkatı (aqrobiznes.az)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9967
  • ₽ RUB
    0.0256