ƏRZAQ SƏBƏTİ

Alça xoşlayanların nəzərinə: "Göycə" festivalı keçiriləcək
14 MAY
216

Alça xoşlayanların nəzərinə: "Göycə" festivalı keçiriləcək

2018-05-14 13:43:00

Naxçıvan şəhərindəki “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində muxtar respublikanın İqtisadiyyat, Kənd Təsərrüfatı, Mədəniyyət nazirliklərinin, şəhər və rayon icra hakimiyyətlərinin təşkilatçılığı ilə “Göycə” festivalı keçiriləcək. İki gün davam edəcək festivalın açılışı mayın 19-da olacaq.

Festivalda Naxçıvan şəhərindən, Şərur, Babək, Ordubad, Culfa və Kəngərli rayonlarından olan torpaq mülkiyyətçilərinin yetişdirdiyi müxtəlif növ göycə məhsullarının sərgi-satışı həyata keçiriləcək.

Festivalda göycə yetişdirən fermerlər arasında müsabiqə keçiriləcək, qaliblərə hədiyyələr təqdim olunacaq.

Qeyd edək ki, ötən illərdə Naxçıvanda keçirilən “Göycə” festivalları sakinlər, o cümlədən muxtar respublikaya gələn turistlər tərəfindən böyük maraqla qarşılanıb. (Azərtac)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0016
  • ₽ RUB
    0.0276