ƏRZAQ SƏBƏTİ

Dünyada ən məşhur GMO-lu məhsul çörək mayasıdır
14 MAY
169

Dünyada ən məşhur GMO-lu məhsul çörək mayasıdır

2018-05-14 10:02:00

Bu gün hamımızın iştahla yediyimiz çörəklərin mayası süni üsulla hazırlanmış kimyəvi bir maddədir, təbii maya deyil. Belə mayadan hazırlanmış çörəklə təbii mayadan hazırlanılmış çörəyin arasında çox fərq var.
Çörək istehsalında böyük miqdarda quru və ya yaş mayalar istifadə edilir, onlar “Saccharomyces cerevisiae” olaraq tanınan göbələklərdən mutasiya yolu ilə əldə edilir. “EPA” tərəfindən aparılan araşdırmalara görə,  sağlam bir adamın boğaz və nəcisində “saccharomyces cerevisiae” bakteriyasına sıx miqdarda rast gəlinir. Bu da gündəlik olaraq çox miqdarda “saccharomyces cerevisiae” istehlak edildiyini göstərir. Bu göbələk bakteriyası patoloji bir orqanizm olmasa da, bəzi orqanizmlərdə limfa vəzlərini quruda bilir. Xüsusilə də, infeksiyaya həssas olanlarda və ya müəyyən iltihablı xəstələrdə infeksiyanı gücləndirdiyi müşahidə edilir. Beləliklə, dünyada ən məşhur GMO-lu məhsul çörək mayasıdır. Əksəriyyət tərəfindən zərərsiz olduğu iddia edilən bu mayanın heyvanlar üzərində aparılan təcrübələri zamanı ağır xəstəliklərə səbəb olduğu məlum olub. 
Bəs nə etməli? Çörək istehlakında hazır mayalı çörəklər əvəzinə emal olunmamış və qatqı maddəsi vurulmamış  tam buğda unu, su və qaya duzundan edilmiş mayasız və ya turş xəmir mayası əlavə olunaraq hazırlanan çörəklər seçilməlidir. Evdə hazırlanmış turş maya son dərəcə sağlam, qidalandırıcı, vitamin-mineral baxımından zəngin olduğu halda, hazır maya üçün bunları söyləmək qeyri-mümkündür.
Dr. Fizuli Hüseynov bildirir ki, keçmişdə həmişə çörəyi təbii xəmirlə qıcqırdıb bişirirdilərsə indi artıq çox insanlar bu mayanın necə hazırlanmasını bilmirlər. Bir neçə üsul təklif edirik, hansı sizin üçün səmərəlidirsə istifadə edin: 
1. Noxud - yarım stəkan, un 1 kq, su 7 stəkan. Noxudu bir  gün əvvəl suya qoyun, sonra qabıqlarını soyub əzin, su və xəmiri əlavə edib yaxşıca qarışdırın, xəmirin 3 dəfə böyüyəcəyini nəzərə alıb bir qaba qoyun, sonra adi otaqda 6-7 saat gözlədin, mayanız hazırdır.
Hazır mayanızdan bir qismini kəsib soyuducada saxlayın, həmişə xəmir qıcqırdanda qıcqırmış xəmirdən də götürüb saxlayaraq maya kimi istifadə edə bilərsiniz. Yaxşı olar ki, mayanı dəyirman unundan, kəpəkli undan hazırlayasınız, onda maya daha keyfiyyətli olur.
2. 40 qram mayasarmaşığı qozalarını 2 litr suda dəmləyin, süzün, suyuna 1 kq un qarışdırın, xəmir hazırlayın, 6-7 saat gözləyin, mayanız hazırdır.
3. 50 qram cökə çiçəyini 2 litr suda dəmləyin, süzün, 1 kq unla qarışdırıb xəmir hazırlayın, 6-7 saat gözləyin mayanız hazırdır.
Çalışın, həm uşaqlarınız, həm özünüz təbii mayadan və kəpəkli undan hazırlanılmış xəmirdən bişmiş çörək yeyəsiniz. Bunu, yeyəndən 10 gün sonra öz vücudunuzda hiss edəcəksiniz.
Qida Təhlükəsizliyi Hərəkatı (Aqrobiznes.az)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0016
  • ₽ RUB
    0.0276