ƏRZAQ SƏBƏTİ

Qida Təhlükəsizliyi Agentliyi gələn həftədən ixracatçılarla görüşə başlayacaq
11 MAY
382

Qida Təhlükəsizliyi Agentliyi gələn həftədən ixracatçılarla görüşə başlayacaq

2018-05-11 15:50:00

"Gələn həftədən ölkədə fəaliyyət göstərən ixracatçı sahibkarlarla görüşə başlanılacaq". Bunu Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli deyib.

Onun sözlərinə görə, Agentliyin vasitəsilə idxal prosesindəki risklərin aşağı salınması və əhalinin  sağlamlığına təsir göstərəcək qida məhsulları ilə bağlı problemlərin aradan qaldırılması vacib şərtdir.

Agentlik sədri bildirib ki, ölkədə fəaliyyət göstərən şirkətlərin ixracatını lazımi səviyyədə həyata keçirməsi üçün onlara yardım göstərilməlidir: "Bu barədə Prezidentlə bugünkü görüşdə ətraflı danışılıb. Biz daim sahibkarların yanında olmalıyıq". (Report.az)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9602
  • ₽ RUB
    0.0254