ƏRZAQ SƏBƏTİ

Ərzaq istehsalçılarına sürpriz – BU TƏLƏB KÖNÜLLÜ OLACAQ
30 APREL
491

Ərzaq istehsalçılarına sürpriz – BU TƏLƏB KÖNÜLLÜ OLACAQ

2018-04-30 19:12:00

Prezident İlham Əliyev “Standartlaşdırma haqqında” qanuna dəyişiklikləri təsdiqləyib. Fins.az xəbər verir ki, dəyişikliyə görə, qanunun 6-cı maddəsinə aşağıdakı məzmunda cümlə əlavə edilib:“Ərzaq məhsulları üçün dövlət standartları yalnız tövsiyə olunan tələbləri müəyyənləşdirir və həmin dövlət standartlarının tətbiqi könüllü xarakter daşıyır.”.
Başqa sözlə, ərzaq məhsullarının istehsalçıları üçün dövlət standartlarının tətbiqi tövsiyə xarakteri daşıyır və onların bu standartı tətbiq edib-etməməsi könüllü, yəni sahibkarlardan asılı olacaq. Qanuna edilən dəyişiklik 2018-ci il iyulun 1-dən qüvvəyə minəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9967
  • ₽ RUB
    0.0256