ƏRZAQ SƏBƏTİ

Ekoloji təmiz məhsulların yetişdirilməsi dövlətimizin prioritet məsələlərindən biridir
24 APREL
119

Ekoloji təmiz məhsulların yetişdirilməsi dövlətimizin prioritet məsələlərindən biridir

2018-04-24 11:26:00

Azərbaycanda ekoloji təmiz kənd təsərrüfatının inkişaf etdirilməsi ilə bağlı layihənin həyata keçirilməsi orqanik kənd təsərrüfatının inkişafında mühüm addımdır.

Bu fikirləri aprelin 24-də BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) dəstəyi ilə həyata keçirilən “Azərbaycanda ekoloji təmiz kənd təsərrüfatının inkişafı və institusional bacarıqların artırılması” adlı layihənin yekun seminarında Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Seymur Səfərli deyib.

O, qeyd edib ki, respublikamızda ekoloji təmiz məhsulların yetişdirilməsi dövlətin prioritet məsələlərindən biridir. Ümumilikdə isə, orqanik məhsullar sağlam qida ilə zəngin olmaqla yanaşı, bu məhsulların xarici bazarlara çıxışı da asanlaşır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9904
  • ₽ RUB
    0.0277