ƏRZAQ SƏBƏTİ

Ekoloji baxımdan ən kirli və zərərli məhsullar - SİYAHI
20 APREL
442

Ekoloji baxımdan ən kirli və zərərli məhsullar - SİYAHI

2018-04-20 15:14:00
Ekoloji baxımdan 2018-ci ilin ən kirli və zərərli meyvəsi çiyələkdir. Amerikanın Ekologiya İşçi Qrupu 2018-ci ilin “Zərərli Məhsulları” siyahısını açıqlayıb. Siyahıda yer alan ən kirli qida məhsulları sizi çox təəccübləndirəcək! 
Açıqlanan məlumatlara görə, gündəlik həyatda tez-tez istifadə etdiyimiz məhsullar arasında da ən zərərli qidalar var. Açıqlamada zərərli qida siyahısı ilə yanaşı “Təmiz 15 məhsul”un da adı dərc olunub.
Araşdırmanın nəticələrə görə, 2018-ci ilin ən təhlükəli məhsulları siyahısında çiyələk birinci gəlir. Buna səbəb giləmeyvənin tərkibindəki pestisit qalıqlarının çox olmasıdır. Zərərli məhsullar siyahısına orqanizm üçün faydalı olan ispanaq, şaftalı, tüksüz şaftalı, alma və gilas da daxil edilib.
ABŞ Kənd Təsərrüfatı Nazirliyi ilə Dərman və Ərzaq İdarəsi tərəfindən qidalar üzərində aparılan araşdırmalara görə, 2018-ci ilin ən çirkli qidalarından biri də acı bibərdir. Məlumatda qeyd olunub ki, 13 məhsulun yer aldığı siyahıda acı istiot son sırada yer alıb.
Sağlamlıq üzərindəki təsirləri
İçində pestisit qalığı olan yeməklər xüsusilə uşaqlar üçün zərərlidir. Məlum olub ki, uşaqlarda astma, doğuş qüsurları, xərçəng və müxtəlif davranış pozğunluğu bu məhsulların istehlakı nəticəsində inkişaf etdir.
Meyvə və tərəvəzlərin yeyilməzdən əvvəl ən az 30 saniyə yuyulması və yerli məhsulların istifadəsi sizi çirkli yeməklərin zərərli təsirlərindən qorumağa kömək edəcək.
Ən təmiz 15 məhsul
Ekologiya qrupunun hazırladığı siyahıya daxil olan ən təmiz 15 məhsul bunlardır: Kələm, qarğıdalı, avokado, ananas, soğan, noxud, badımcan, qulançar, qarpız, kivi, brokkoli.
Mənbə: Publika.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256