ƏRZAQ SƏBƏTİ

Ətin qiyməti bahalaşdı
13 APREL
935

Ətin qiyməti bahalaşdı

2018-04-13 14:27:00

Bakıda pərakəndə ət satışı məntəqələrində qiymətlər kəskin artıb. Yay aylarında adətən ucuzlaşmalı olan mal ətinin bir kiloqramı 11-12 manat, quzu əti isə 10-11 manat arasında satılır. Satıcılar bunun səbəbini bölgələrdən gətirilən mal və quzu ətlərinin topdansatış qiymətinin qalxması ilə əlaqələndirib.

Məlumatı dəqiqləşdirmək üçün Bərdə rayonunda yerləşən ət alış-satış məntəqələri ilə əlaqə saxladıq. Oradan bizə bildirdilər ki, mal ətinin topdansatış qiyməti 9 manat 50 qəpikdir. Hazırda mal ətinin 1 kloqramının qiyməti 11, quzu ətinin 1 kloqramı isə 10-11 manat arasındadır.

Rayon satıcıları isə deyir ki, bunun səbəbi heyvanlar üçün nəzərdə tutulan yemlərin, saman, yonca, quru ot bağlamalarının bahalaşmasıdır. Bu yemlərin qıtlığı olarsa, onda avqust-sentyabr aylarından etibarən ətin qiymətində yenidən artım müşahidə olunacaq. 

Mənbə: İstipress

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9828
  • ₽ RUB
    0.0267