ƏRZAQ SƏBƏTİ

Azərbaycana gətirilən kərə yağı bahalaşıb
13 APREL
389

Azərbaycana gətirilən kərə yağı bahalaşıb

2018-04-13 14:23:00

Bu ilin yanvar-mart ayları ərzində Azərbaycan 20 mln. 692,17 min ABŞ dolları dəyərində 3 479,8 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edib. Ötən ilin müvafiq dövründə bu rəqəm 13 milyon 504.97 min dollar təşkil edib.

Qeyd edək ki, həcm baxımından 2018-ci ildə 2017-ci ilin üç ilə müqayisədə kərə yağının idxalı 197,43 ton az olub. Belə ki, 2018-ci ildə 3 479.88 ton, 2017-ci ildə 3 677.31 ton  kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib. Göründüyü kimi, həcmdə 5% azalma olsa da, məbləğ baxımından isə illik nisbətdə 7 mln. 187,2 min dollar və ya 53,22% artım var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7000
  • € EUR
    2.0981
  • ₽ RUB
    0.0279