ƏRZAQ SƏBƏTİ

Bazar və yarmarkalarda nə qədər məhsul satılıb?
12 APREL
376

Bazar və yarmarkalarda nə qədər məhsul satılıb?

2018-04-12 16:38:00

2017-ci il ərzində pərakəndə ticarət şəbəkəsində istehlakçılara 35,3 milyard manatlıq və ya 2003-cü ilə nisbətən real ifadədə 3,8 dəfə çox məhsul satılıb. Bunu Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində bildirib.

Qeyd edilib ki, istehlak məhsullarının 11,8 faizi ticarət müəssisələri, 55,5 faizi fərdi sahibkarlar tərəfindən, 32,7 faizi isə bazar və yarmarkalarda satılıb. Ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə pərakəndə ticarət dövriyyəsi 2003-cü ilə nisbətən müqayisəli qiymətlərlə 2,4 dəfə artaraq 17,9 milyard manata bərabər olub, qeyri-ərzaq məhsullarının dövriyyəsində real ifadədə 8,7 dəfə artım müşahidə edilib. Ölkə əhalisi tərəfindən qeyri-ərzaq məhsullarının alınmasına meyil ilbəil artıb. 2003-cü ildə ticarət şəbəkəsində satılan istehlak məhsullarının dəyərinin yalnız 30,8 faizi qeyri-ərzaq məhsulları olduğu halda, 2017-ci ildə bu göstərici artaraq 49,3 faiz təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9292
  • ₽ RUB
    0.0255