ƏRZAQ SƏBƏTİ

Azərbaycanda fındıq düzgün saxlanılmır?
10 APREL
572

Azərbaycanda fındıq düzgün saxlanılmır?

2018-04-10 12:47:00

Fındığın düzgün saxlanılması vacib amillərdən biridir. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin laboratoriya müdiri Türkan Abbasova Fins.az-a bildirib ki, fındıq düzgün saxlanılmasa onun tərkibində “aflataksin” adlanan maddə əmələ gələ bilər: “Nəm yerdə saxlananda göbələklər əmələ gəlir və onun taksinləri olur. Avropada buna çox ciddi nəzarət olunur. Bizim laboratoriya həmin məhsulda aflataksinin sınağını yüksək səviyyədə aparır. Verdiyimiz sınaq nəticələri bütün dünyada tanınır. Elə məhsullar var ki, biz onun tərkibində normadan artıq “aflataksin” aşkar etmişik. Amma həmin məhsul (fındıq) satılıb, xaricə göndərilib, ya məhv edilib, biz bunu bilmirik”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9322
  • ₽ RUB
    0.0256