ƏRZAQ SƏBƏTİ

Bir sıra ərzaq məhsullarının, kommunal xərclərin qiymətləri artıb
04 APREL
286

Bir sıra ərzaq məhsullarının, kommunal xərclərin qiymətləri artıb

2018-04-04 14:45:00

Bu ilin mart ayında Gürcüstanda inflyasiya 0,4 faiz olub. Bu da 2017-ci ilin mart ayı ilə müqayisədə 2,8 faiz çoxdur. İnflyasiyanın artması ölkədə bir sıra ərzaq məhsullarının qiymətlərinin və kommunal xərclərin artmasına səbəb olub.

Gürcüstan Milli Statistika Xidmətinin məlumatına görə, 2017-ci ilin mart ayı ilə müqayisədə spirtli içkilərin qiyməti 1,1 faiz, tütün məhsullarının qiyməti isə 11,2 faiz artıb. İlin əvvəlindən ölkədə alkoqolsuz içkilərin qiyməti 1,6 faiz, süd, pendir, digər süd məhsulları və quş yumurtasının qiymətləri 4,9 faiz artıb.

Keçən illə müqayisədə meyvənin qiyməti 25,6 faiz bahalaşıb. Keçən ilin mart ayından bu günədək ət məhsullarının qiyməti 4,4 faiz, kərə yağı 3,2 faiz, kofe, çay və kakaonun qiyməti 2,9 faiz artıb. Eyni zamanda tərəvəzin qiyməti 7 faiz, balıq məhsullarının qiyməti isə 2,8 faiz bahalaşıb. Amma şəkər, mürəbbə, bal və şokolad şirniyyat məhsullarının qiymətləri 2,5 faiz ucuzlaşıb.

Statistika Xidmətinin məlumatında deyilir ki, kommunal xidmətlərin haqqı da 4,7 faiz artıb. Ötən ilin mart ayından bu günədək elektrik enerjisi və təbii qazın qiymətləri 5,4 faiz, suyun haqqı 7,7 faiz bahalaşıb. Səhiyyə sistemində də xidmətlərin haqqı 3,7 faiz artıb.

Mənbə: Report.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9828
  • ₽ RUB
    0.0267