ƏRZAQ SƏBƏTİ

Azərbaycanlı mütəxəssislər beynəlxalq seminarda iştirak edib
04 APREL
228

Azərbaycanlı mütəxəssislər beynəlxalq seminarda iştirak edib

2018-04-04 11:24:00

“Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin (ASC) bir qrup əməkdaşı Dünya Bankının təşkil etdiyi “Kənd təsərrüfatı sektorunda risklərin qiymətləndirilməsi” adlı seminarda iştirak edib. ASC-dən verilən məlumata görə, Bakı ofisində keçirilmiş seminarda Dünya Bankının məsləhətçisi Dr.Carl Larsen tərəfindən hazırlanmış kənd təsərrüfatı üzrə məsləhət xidmətləri sisteminin möhkəmləndirilməsinə həsr olunmuş birgə tətqiqat müzakirə edilib. Kənd təsərrüfatı üzrə məsləhət xidmətləri sisteminin möhkəmləndirilməsindən bəhs edən tətqiqat aqrar sektorda informasiya-məsləhət xidmətlərinin iqtisadi əhəmiyyəti, bu sahədə mövcud təcrübələrin genişləndirilməsini əhatə edir.

Beynəlxalq iqtisadi münasibətlər departamentinin müdir müavini Nicat Rəhimli, həmin departamentin əməkdaşı Vasif Bayramov, İnformasiya və elektron xidmətlər departamentinin əməkdaşları Ayaz Kərimov, Kamran Vəliyev, eləcədə Monitorinq departamentinin əməkdaşları Elmir Quliyev, Rəhim İbrahimli seminarda aparılmış müzakirə ilə bağlı təkliflərini səsləndiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9967
  • ₽ RUB
    0.0256