ƏRZAQ SƏBƏTİ

Qida Təhlükəsizliyi Agentliyinin qaynar xətti yaradılacaq
03 APREL
288

Qida Təhlükəsizliyi Agentliyinin qaynar xətti yaradılacaq

2018-04-03 12:24:00

Qida Təhlükəsizliyi Agentliyinin qaynar xətti yaradılacaq. Agentlikdən Fins.az-a verilən məlumata görə, hazırda bu istiqamətdə texniki işlər görülür. Ən qısa müddətdə istifadəyə veriləcək qaynar xəttin yaradılmasında məqsəd əhalinin qarşılacağı hallarla bağlı məlumat vermək imkanını asanlaşdırmaq, neqativ halları operativ formada aradan qaldırmaqdır.

Qida Təhlükəsizliyi Agentliyinin rəsmi saytı da artıq fəaliyyətə başlayıb. afsa.gov.az saytında agentlik haqqında məlumat, Qanunvericilik, Xidmətlər, Media, Beynəlxalq əlaqələr, Məlumat və Əlaqə bölmələri fəaliyyət göstərir. Azərbaycan və ingilis dillərində fəaliyyət göstərən saytda Regional Mərkəzlər, Beynəlxalq standartlar bölmələri də yer alıb.

Xatırladaq ki, Qida Təhlükəsizliyi Agentliyi bu il yanvarın 1-də fəaliyyətə başlayıb.

Eləcə də bax: Bakıda bu restoran pulsuz dönər verir

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9801
  • ₽ RUB
    0.0270