ƏRZAQ SƏBƏTİ

Tez xarab olan qidaları soyuducuda düzgün saxlamaq üçün 5 maraqlı üsul
28 MART
169

Tez xarab olan qidaları soyuducuda düzgün saxlamaq üçün 5 maraqlı üsul

2018-03-28 14:07:00

Havalar isindikcə qida məhsullarının saxlanılması da çətinləşir. Gündəlik istifadə edilən bir çox məhsulun soyuducuda belə keyfiyyətli qalması çətin məsələdir. Bəzən biz buna diqqət etmirik və bu gün aldığımız məhsulu dadına belə baxmadan soyuducudan birbaşa zibil qutusuna atmaq məcburiyyətində qalırıq. Bu cür halların yaşanmaması üçün onları düzgün saxlamağın üsullarını bilmək lazımdır.

Ən çox istifadə edilən və soyuducuda belə ən tez xarab olan məhsulların keyfiyyətini qoruyub saxlamağın 5 maraqlı üsulunu təqdim edirik:

Əgər siz bu məlumatları oxuduqdan sonra əməl etməsəniz, o zaman qazandığınız pula heyfiniz gəlmir deməkdir. Ən çox istifadə edilən qida məhsullarından biri çörəkdir.

1. Çörək

Çörəyi daha yumşaq və təzə kimi qalması üçün soyuducuda saxlamaq lazım deyil. Bəzən insanlar çörəyi soyuducuya qoyur ki, daha yumşaq qalsın. Kəsilməmiş çörəyi soyuducuda saxlamaq olar. Lakin kəsilmiş çörəklərin təzə qalması üçün onu tən ortadan deyil, dilim-dilim kəsmək lazımdır. Çörəyi dilimləyib bir-birindən ayırmadan, içərisinə hava keçməyəcək şəkildə paaketə və ya xüsusi çörək qutularına qoyub saxlayın. O zaman daha yumşaq və təzə kimi qalacaq.

2. Kürü

Əgər siz kürünü açıq bankada saxlayırsınızsa, o, bir gün içində xarab olacaq. Bir həftə və daha çox kürü saxlamaq üçün yaxşı olar ki, onu içərisi qaynar və duzlu su ilə yuyulmuş şüşə bankaya qoyasız. Şüşə qablarda kürünün nə qoxusu, nə də özü xarab olmadan qala bilir. Hətta daha yaxşı qalması üçün üzərinə bir az yağ töküb, limon dilimi də əlavə edə bilərsiz.

Ümumiyyətlə, duzlu suyla yuyulmuş şüşə bankada istənilən kürünü 1 həftəyə qədər saxlamaq olar. Qapağın altında donmuş yağ və limon duzu qoymağı unutmayın. Bu qayda ilə kürünü nəinki soyuducuda, eləcə də, soyuducudan kənarda soyuq yerdə də saxlamaq olar.

 3. Xama və yoqurt

Bu və digər ağartı məhsullar adətən folqayla örtülmüş plastik qablarda satılır.Onları açmaq isə olduqca asandır. Məhz buna görə hava keçiriciliyi yüksək olan plastik qablarda məhsulların keyfiyyətli qalması qeyri-mümkündür. Yaxşı olardı ki, ağzı açıldıqdan sonra xamanı, yoqurtu eləcə də digər ağartı məhsullarını şüşə qaba boşaldıb üzərini hava keçməyəcək tərzdə möhkəm bağlayasız. Unutmayın ağartı məhsullarını kəskin qoxusu olan (soğan, sarımsaq, kolbasa və s.) məhsullardan ayrı saxlamaq lazımdır.

4. Kəsmik

Kəsmik bir sutkadan artıq təzə və keyfiyyətli qala bilmir. Amma ən azından siz onun bir neçə saat daha yeməyə yararlı saxlamaq üçün bu üsuldan istifadə edə bilərsiz. Belə ki, şüşə kasaya pendiri yerləşdirin, yuxarıdan şəkər qoyub üzərini örtün. Şəkər məhsulun oksidləşməsini yavaşıdacaq və kəsmik daha bir gün də təzə qalacaq.

5. Pendir

Əgər siz pendiri təzə saxlamaq istəyirsinizsə, onu polietilen paketdən çıxarıb perqamentə bükün. Bu, pendirin vaxtından əvvəl kiflənməsinin qarşısını alacaq. Yanına şəkər və ya yağ da qoymaq olar ki, qurumasın.

Mənbə: Publika.az

Eləcə də bax: Bu məhsulları dəyərindən 1 manata qədər ucuz ala bilərsiz

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7000
  • € EUR
    2.0981
  • ₽ RUB
    0.0279