ƏRZAQ SƏBƏTİ

Agentlik: “Yol kənarında heyvan kəsilməsi düzgün deyil”
14 MART
199

Agentlik: “Yol kənarında heyvan kəsilməsi düzgün deyil”

2018-03-14 13:55:00

“Qida Təhlükəsizliyi Agentliyinin hər hansı məhsulu yoxlamağa başlaması ilə bağlı yazılanlar doğru deyil”.

Bunu Agentliyin sədri Qoşqar Təhməzli deyib. O qeyd edib ki, heyvan mənşəli qidalar yüksək təhlükəsi olan qidalar qrupuna aiddir: “Bu gün yol qırağında ət kəsimi işini görən obyektlərdə ekspertiza rəyi olmadan ətlər satılır. Təbii ki, bu da əhalinin həyatını risk altına atan amillərdəndir”.

Agentlik sədri vurğulayıb ki, küçələrdə yol kənarlarında səhər saatlarında, xüsusilə də uşaqların məktəblərə getdiyi zaman iri və xırda buynuzlu heyvanların kəsimi həyata keçirilir: “İlk növbədə buna nəzarət lazımdır. İnsanların bəziləri elə düşünür ki, hansısa heyvanın göz önündə kəsilməsi daha sağlam olar. Bu, tamamilə yalnış düşüncədir. Çünki heyvan mənşəli qidalar üçün mütləq şəkildə ekspertiza rəyi lazımdır. Yaxın gələcəkdə iri depolar üçün, eyni zamanda tez xarab olan məhsulların çatdırılması və qidalanma ilə bağlı digər vacib məsələlər üçün standartlar müəyyənləşdiriləcək”

Mənbə: Report.az

Eləcə də bax: Novruz süfrəsi bir ailəyə neçəyə başa gəlir? – QİYMƏTLƏR - REPORTAJ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9794
  • ₽ RUB
    0.0271