ƏRZAQ SƏBƏTİ

Bakı Media Mərkəzi və Qida Təhlükəsizliyi Agentliyi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb
14 MART
231

Bakı Media Mərkəzi və Qida Təhlükəsizliyi Agentliyi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb

2018-03-14 11:44:00

Martın 14-də Bakı Media Mərkəzi və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Əməkdaşlıq memorandumuna əsasən tərəflər qarşılıqlı əməkdaşlıq əlaqələrini inkişaf etdirmək, ictimaiyyətlə əlaqələrin qurulması, müxtəlif layihələrin icra edilməsi, eləcə də Korporativ Sosial Məsuliyyət işinə töhfə vermək üçün birgə fəaliyyətlərin təşkili məqsədilə razılığa gəliblər.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli qida təhlükəsizliyi sahəsində innovativ layihələrin icrasının vacibliyini vurğulayıb. Sonra Qida Təhlükəsizliyi Agentliyinin rəsmi loqosunun təqdimatı olub.

Bakı Media Mərkəzinin direktoru Orman Əliyev Qida Təhlükəsizliyi Agentliyinin loqosunda qida təhlükəsizliyinin əsas anlayışlarından olan qida zənciri və bərəkət rəmzi sayılan sünbülün elementlərindən istifadə olunduğunu bildirib.

Eləcə də bax: Xalis kərə yağı necə olmalıdır?

Mənbə: Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0067
  • ₽ RUB
    0.0272