ƏRZAQ SƏBƏTİ

Şəmkirdə kənd təsərrüfatı məhsullarının satış yarmarkası təşkil olunub
12 MART
251

Şəmkirdə kənd təsərrüfatı məhsullarının satış yarmarkası təşkil olunub

2018-03-12 10:09:00

Şəmkirdə Novruz bayramı ərəfəsində təşkil olunan kənd təsərrüfatı məhsullarının satış yarmarkasına 5 tondan çox mal, qoyun və quş əti, 2 ton süd və süd məhsulları, yumurta, bal, 10 tondan çox alma, armud, qoz, fındıq və şabalıd, 8 ton soğan, 15 ton kartof, həmçinin buğda, arpa, qarğıdalı, müxtəlif növ göyərtilər və digər məhsullar çıxarılıb. Satış-yarmarkada yerli məhsullar alıcılara bazar qiymətindən 10-20 faiz ucuz təklif olunub.

Rayon icra hakimiyyətinin təşəbbüsü ilə təşkil edilən yarmarkanın məqsədi bayram ərəfəsində əhalinin ərzaq və kənd təsərrüfatı məhsullarına tələbatının dolğun ödənilməsi, süni qiymət artımının qarşısının alınması, fermerlərlə emal müəssisələri və alıcılar arasında əlaqə yaradılması olub. Alıcılar yarmarkadakı qiymətlərdən razı qaldıqlarını bildiriblər. Satış-yarmarka Novruz bayramına qədər hər həftənin şənbə və bazar günləri fəaliyyət göstərəcək.

Eləcə də bax: Mal ətinin qiyməti bahalaşır

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256