ƏRZAQ SƏBƏTİ

Bu qurum bazarlarda araşdırma aparır
07 MART
340

Bu qurum bazarlarda araşdırma aparır

2018-03-07 10:20:00
“Antiinhisar (rəqabət) qanunvericiliyinin pozulması, sahibkarlıq fəaliyyətinin ədalətsiz üsullarla aparılması bazar subyektləri tərəfindən yol verilən haqsız rəqabət, hallarının aşkarlanması, aradan qaldırılması və qanun pozuntusuna yol vermiş şəxslərin antiinhisar (rəqabət) qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məsuliyyətə cəlb edilməsi İqtisadiyyat Nazirliyi yanından Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən mütəmadi olaraq müvafiq tədbirlər görülür”.
Bu, Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatda əksini tapıb.
Hesabatda qeyd olunub ki, müxtəlif əmtəə bazarlarında hökmran mövqedən sui-istifadə edərək azad rəqabət mühitinin pozulması hallarının ilk növbədə istehlak bazarındakı qiymətlərdə özünün büruzə verdiyini nəzərə alaraq, əhali tərəfindən daha çox istifadə olunan malların – 57 adda ərzaq, 28 adda tərəvəz məhsulu və 57 adda tikinti materiallarının orta bazar qiymətlərinin səviyyəsi, dinamikası və dəyişmə meylləri barədə məlumatların toplanılması məqsədi ilə mütəmadi olaraq monitorinqlər həyata keçirilib, toplanmış məlumatlar üzrə araşdırmalar aparılıb.
Sənəddə bildirilib ki, strateji əhəmiyyət daşıyan taxıl məhsullarının süni qiymət artımının qarşısının alınması məqsədi ilə çörəyin və unun qiymətinin bütün regionlarda gündəlik monitorinqi davam etdirilib.
“Ərzaq bazarında fəaliyyət göstərən 3 təsərrüfat subyektinin fəaliyyətində bazarda əlavə üstünlük əldə etmək məqsədi ilə qiymətlərlə manipulyasiya edilməsi (onların yüksəldilməsi, azaldılması və ya bir səviyyədə saxlanılması) kimi antiinhisar qanunvericiliyin pozulması əlamətləri müəyyən edilib. Bununla əlaqədar həmin təsərrüfat subyektləri barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb, hazırda işlərə baxılması davam edir”, – deyə məlumatda vurğulanıb.

Eləcə də bax: Dünyanın ən çox süd satan ölkələri – SİYAHI

Sənəddə bazar subyektlərinin “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə uyğun olaraq istehlak bazarında satışda olan keyfiyyət və təhlükəsizlik göstəricilərinin qiymətləndirilməsi ilə bağlı ümumilikdə 5511 laborator müayinə aparılması öz əksini tapıb: “Müayinələr nəticəsində 401 halda (7,3%) malların keyfiyyət və təhlükəsizlik göstəricilərinin normativ-texniki sənədlərinin tələblərinə olmadığı müəyyən edilib, istehlakçıları çaşdıraraq haqsız rəqabətə yol verən təsərrüfat subyektləri barədə müvafiq tədbirlər görülüb”.
Hesabatda vurğulanıb ki, Azərbaycanda biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı Komissiya çərçivəsində “Əmtəə bazarının səmərəliliyi və rəqabət” istiqaməti üzrə işçi qrupu yaradılıb və Rəqabət Məcəlləsinin yeni layihəsi hazırlanaraq Komissiyaya təqdim edilib: “Ölkədə inhisarçılıq fəaliyyətinin dövlət tənzimlənməsinin effektivliyinin yüksəldilməsi, təsərrüfat subyektlərinin hökmran mövqelərindən sui-istifadə etməsi, o cümlədən qiymətlərlə manipulyasiya edərək rəqabəti məhdudlaşdırması və istehlakçıların mənafelərini pozması hallarının qarşısının alınması məqsədi ilə “Antiinhisar fəaliyyəti haqqında”, “Lisenziya və İcazələr Haqqında”, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunlarda və İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihələri, eləcə də “Milli bazarda hökmran mövqe tutan təsərrüfat subyektlərinin dövlət reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Prezidentinin fərman layihəsi hazırlanaraq İqtisadiyyat nazirliyi tərəfindən 2017-ci ilin 29 iyun tarixli İN-X/Q-8213/2017 nömrəli məktubla Azərbaycan Prezidentinin Administrasiyasına təqdim edilib”.
Publika.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9326
  • ₽ RUB
    0.0255