ƏRZAQ SƏBƏTİ

“Ovçular” istehsal qaydalarını pozubmu? – RƏSMİ AÇIQLAMA
06 MART
247

“Ovçular” istehsal qaydalarını pozubmu? – RƏSMİ AÇIQLAMA

2018-03-06 15:54:00
Fevral ayı ərzində bir sıra media orqanlarında “Ovçular” ət və ət məhsulları MMC ilə bağlı “NZS-də gizlənən “Ovçular” xalqa nə yedirir?” başlıqlı yazı yayımlanıb.
Fins.az yazıda qeyd olunan faktları araşdırmaq məqsədilə “Ovçular” ət və ət məhsulları MMC ilə əlaqə saxlayıb. Müəssisədən bildirilib ki, qeyd olunan məqamlarla bağlı şirkət tərəfindən araşdırma aparılıb. Lakin hər hansı istehsal qaydasının pozulması faktı qeydə alınmayıb.
Qeyd edək ki, 25 ildən artıq ət və ət məhsulları bazarında öz sözünü deyən “Ovçular” şirkəti ilə bağlı ara-sıra bu tipdə yazılar dərc olunub. Lakin aparılan araşdırmaların sonunda həmin “fakt”ların əsassız olduğu, böhtan xarakteri daşıdığı meydana çıxıb. Fəaliyyət göstərdiyi uzun müddət ərzində şirkətin məhsulları ilə bağlı alıcılar tərəfindən hər hansı şikayət olmayıb.
Şirkətin məhsulları laboratoriya şəraitində yoxlanıldıqdan sonra satışa çıxarılır. Həmçinin bu məhsullar Azərbaycan Respublikasının ət və ət məhsullarının istehsalı və satışı ilə bağlı bütün standartlarına cavab verir.

Eləcə də bax: Bu məhsulların qiyməti endirildi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9921
  • ₽ RUB
    0.0273