ƏRZAQ SƏBƏTİ

Ötən ay bu məhsullara daha çox pul xərclənib
15 FEVRAL
305

Ötən ay bu məhsullara daha çox pul xərclənib

2018-02-15 09:56:00

2018-ci ilin yanvar ayında pərakəndə ticarət şəbəkəsində satılan məhsulların dəyəri əvvəlki ilin eyni ayının səviyyəsini müqayisəli qiymətlərlə 2,4 faiz üstələyərək 2794,6 milyon manata bərabər olub. Fins.az xəbər verir ki, ticarət dövriyyəsinin 1411,4 milyon manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 1383,2 milyon manatını qeyri-ərzaq məhsulları təşkil edib və satılan məhsulların dəyəri 2017-ci ilin yanvar ayının göstəricilərini real ifadədə müvafiq olaraq 1,7 faiz və 3,0 faiz üstələyib.

Hesabat ayında alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 44,8 faizi ərzaq məhsullarının, 5,7 faizi içkilər və tütün məmulatlarının, 17,4 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,1 faizi elektrik malları və mebellərin, 5,8 faizi avtomobil yanacağının, 1,3 faizi əczaçılıq və tibbi malların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,2 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

2018-ci ilin yanvar ayında istehlak məhsullarının 14,0 faizi ticarət müəssisələri, 52,9 faizi fərdi sahibkarlar tərəfindən, 33,1 faizi isə bazar və yarmarkalarda satılıb. 2017-ci ilin eyni ayı ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə  müəssisələr üzrə 19,8 faiz, fərdi sahibkarlar üzrə 0,1 faiz artmış, bazar və yarmarkalar üzrə isə 0,2 faiz azalıb.

Hesabat ayında əhalinin bir nəfərinə düşən orta pərakəndə ticarət dövriyyəsi  285,7 manat və ya 2017-ci ilin müvafiq ayının göstəricisindən nominal ifadədə 20,0 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla 144,3 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 141,4 manatlıq qeyri-ərzaq məhsulları  alıb.  

Hesabat ayında məhsul bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunub:

Məhsul qruplarının adları

Satışdan gəlir,milyon manatla

2017-ci ilin yanvar ayına nisbətən,faizlə

Pərakəndə ticarət dövriyyəsi

2 794,60

102,4

o cümlədən:

ərzaq məhsulları

1 253,4

101,9

içkilər və tütün məmulatları

158

100,6

toxuculuq məhsulları, geyim və ayaqqabılar

486,3

103,1

elektrik malları və mebellər

170,7

102,5

kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları

20

101,6

əczaçılıq və tibbi mallar

37,6

102

avtomobil yanacağı

161,4

100,9

digər qeyri-ərzaq məhsulları

507,2

103,8

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9349
  • ₽ RUB
    0.0253