ƏRZAQ SƏBƏTİ

“Qida Təhlükəsizliyi Agentliyi belə halların qarşısını alacaq”
09 FEVRAL
463

“Qida Təhlükəsizliyi Agentliyi belə halların qarşısını alacaq”

2018-02-09 15:54:00

“Hər bir normal insan sağlamlığını düşünməlidir. Yeyinti məhsullarının süfrələrə gətirilməsi məsələsi həmişə nəzarətdə olmalıdır”. Bunu Milli Məclisin Aqrar siyasət komitəsi sədrinin müavini Eldar Quliyev deyib.
Deputat bildirib ki, dəfələrlə şahidi olmuşuq ki, piştaxtalar arxasında keyfiyyəti bilinməyən məhsullar satılır.

Eləcə də bax: 9 milyard manatlıq “yeyib-içmişik”

“Biz belə hallar barədə məlumatları daha çox mətbuatda görmüşük. Bu məhsulların keyfiyyəti, haradan gətirilməsi bilinmir. Cənab prezidentin sərəncamı ilə Azərbaycanda Qida Təhlükəsizliyi Agentliyi yaradılıb. Bu qurumun yaradılması çox vacib oldu. Hesab edirəm ki, Qida Təhlükəsizliyi Agentliyi belə halların qarşısını alacaq. Bu sahədə olan nöqsanları aradan qaldıracaq” .

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0254