ƏRZAQ SƏBƏTİ

Azərbaycanda ən çox hansı çay içilir?
08 FEVRAL
1052

Azərbaycanda ən çox hansı çay içilir?

2018-02-08 11:44:00

Azərbaycanda əhalinin ən çox hansı markalı qara çaydan istifadə etdiyi məlum olub. Bu barədə araşdırmanı aparan «Business Insight» şirkətindən bildirilib.

Araşdırma göstərib ki, qara çay bazarı üzrə «Beta Tea» liderdir. «Beta Tea» araşdırma nəticələrini tətbiq edərək 34,4%-lə liderliyi ələ alıb. Belə ki, 2016-cı ilin may ayındakı araşdırma nəticələrinə görə «Beta Tea» 29,1%-lə «Berqa»dan (32,4%) sonra ikinci yerdə qərarlaşmışdı. İndi isə «Berqa» birinciliyi əldən verib.

Çay bazarında sonrakı yerləri «Azerçay», «Çempion» və «Final» çayları tutur. 39 adda çay markası arasında aparılan araşdırmada ilk 10-luğa «Lənkəran çay», «Ahmad Tea», «Tess», «Xəzər» və «Mahmood» çayları da daxildir.

Eləcə də bax: Çayların qiyməti niyə bahalaşır?

Foodinfo.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259