ƏRZAQ SƏBƏTİ

Çayların qiyməti niyə bahalaşır?
08 FEVRAL
215

Çayların qiyməti niyə bahalaşır?

2018-02-08 10:02:00

“Ölkədə istehsal edilən bəzi məhsulların qiymətlərinin yüksək olması, xammalının xaricdən gətirilməsi ilə bağlıdır”. Bunu  yerli istehsal olan bəzi ərzaq məhsullarının qiymətləri ilə bağlı danışarkən iqtisadçı ekspert Vüqar Bayramov deyib. Ekspert nümunə olaraq, quru çay məhsullarını misal göstərib:

“Məsələn, çay məhsulları yerli istehsal olmasına baxmayaraq, onun xammalı xaricdən gətirilir. Son müşavirədə də qeyd olunduğu kimi xammalın xaricdən gətirilməsi yerli istehsal olan məhsulların qiymətinin ucuzlaşmasına imkan vermir. Manatın məzənnəsindəki dəyişmələr, devalvasiyalar xaricdən gətirilən məhsulların qiymətinin yüksəlməsinə səbəb oldu. Bu isə yerli istehsala təsir etdi.

Qiymətlərin tənzimlənməsi üçün xüsusilə xammalın ölkədə istehsalına ehtiyac var. Bu təşkil olunarsa, xaricdən asılılığı aradan qaldırmağa, qiymətləri tənzimləməyə imkan verəcək”.

Eləcə də bax: Mal ətinin qiyməti rekord həddə çatdı

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9904
  • ₽ RUB
    0.0277