ƏRZAQ SƏBƏTİ

Qida şirkətlərinə “ASAN Xidmət”də sertifikat veriləcək
05 FEVRAL
400

Qida şirkətlərinə “ASAN Xidmət”də sertifikat veriləcək

2018-02-05 11:16:00

Yenicə fəaliyyətə başlamış Qida Təhlükəsizliyi Agentliyi bütün qida məhsullarını ekspertizadan keçirəcək.

Fins.az-ın xəbərinə görə, ekspertizadan müsbət rəy almış məhsullara sertifikat veriləcək.

Sertifikatlaşmanı Qida Təhlükəsizliyi Agentliyi və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi birgə həyata keçirəcək. Yaxın müddətdə bu iki dövlət agentliyi arasında müvafiq memorandum imzalanacaq.

Qarşıdakı dövrdə isə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN Xidmət” mərkəzlərində “ASAN sertifikat” pəncərələri fəaliyyətə başlayacaq. Beləliklə, sahibkarlar “bir pəncərə” sistemi ilə idxal və ya ixrac edəcəkləri məhsulları üçün gigiyenik sertifikat ala biləcəklər.

© Foodinfo.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9635
  • ₽ RUB
    0.0257