ƏRZAQ SƏBƏTİ

İranda yayılan "quş qripi"nin Azərbaycana təsiri varmı?
01 FEVRAL
430

İranda yayılan "quş qripi"nin Azərbaycana təsiri varmı?

2018-02-01 17:00:00

“Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının 2016-cı ildə məlumatına əsasən İranda “quş qripi” xəstəliyi qeydə alındığına görə İrandan Azərbaycana diri quş və quşçuluq məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulub. Hazırda həmin məhdudiyyət qüvvədədir”.

Bun APA-ya Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) mətbuat katibi Yolçu Xanvəli deyib.

Y. Xanvəli bildirib ki, respublikada “quş qripi” və digər iti yoluxucu xəstəliklərə görə epizootik vəziyyət sabitdir.

Qeyd edək ki, İranda damazlıq quşlar arasında yüksək patogenli “quş qripi”nin yayılması ilə əlaqədar 23 noyabr 2016-cı ildə DBNX-da əmr imzalanıb.

Xatırladaq ki, İranın 16 əyalətində “quş qripi” müşahidə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0254