ƏRZAQ SƏBƏTİ

“Delta Qrup C.O.” MMC yeniliklərini sizlərə təqdim edir
12 YANVAR
534

“Delta Qrup C.O.” MMC yeniliklərini sizlərə təqdim edir

2018-01-12 11:48:00

Delta Qrup C.O.” MMC istehsalat sahəsində yerli istehsalat sahəsinə daim töhvə verən qabaqcıl şirkətlərindən biridir.  Məhsul müxtəlifliyi ilə seçilən “Çörəkçi” istehsalat müəssisəsi hər zaman müştərilərinə  yüksək keyfiyyətli çörək çeşidlərini təqdim edən bir müəssisədir.

Daim dəyişikliklər və inkişaf edən müəssisəmizin yeniliklərini sizlərə təqdim etmək istərdik. Artıq süfrələrinizin bəzəyi olan çörək çeşidləri alışdığımız dad qalmaqla yeni qablaşdırmada süfrələrinizi bəzəyəcək. “Çörəkçi” istehsalat müəssisəsi 10 növ çörək çeşidlərində yeni daha müasir və gözoxşayan dizaynlara üstünlük verərək qablaşdırılma dizaynlarında dəyişiklik edib.

Şirkət bununla kifayətlənməyərək sizlərin ixtiyarına 2 növ yeni Alman və Sağlam çörək çeşidlərini hazırlayıb.

Tərkibində maya miqdarı çox az olan və vitaminlərlə zəngin olan Alman çörək çeşidini artıq satış nöqtələrindən əldə edə bilərsiniz.

Əla növ buğda unu və buğda dənələrindən hazırlanan Sağlam çörək növü isə hər kəsin ideal seçimi olacaq.

Çörəkçi” istehsalat müəssisəsində hazırlanan bütün məhsullar, yüksək keyfiyyətli xammaldan hazırlanır. 2018 ci ildə də bir neçə yeni çeşidlər hazırlanıb dəyərli müştərilərimizə təqdim olunacaq


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9960
  • ₽ RUB
    0.0258