ƏRZAQ SƏBƏTİ

Bədənimizə hədsiz faydası olan:Zeytun
02 YANVAR
430

Bədənimizə hədsiz faydası olan:Zeytun

2018-01-02 14:31:00
Zeytun əslində elmi olaraq bir meyvə kimi qəbul edilir. İnsanlar isə zeytunu bir meyvə kimi görməkdən çox, yeməklərdə masalarını bəzəyən, bəzi yeməklərə, salatlara əlavə olunan bir qida kimi görürlər. Zeytun, eyni zamanda olduqca faydalı bir qidadır. Zeytunun içərisində sağlamlığa faydalı və zərərli təsirlərə qarşı bədənimizi qoruyan bir çox qida maddəsi var. Qara zeytunun içərisində bol olan antioksidantlar, xolesterinin əmələ gəlməsinə səbəb olan reaksiyalara mane olur. Bu sayədə ürək xəstəlikləri əmələ gəlmə riskini də əngəlləmiş olur.
Zeytun və zeytun yağı insanın mədə-bağırsaq sistemi də üçün çox faydalıdır. Zeytun qara ciyərin və öd kisəsinin fəaliyyətini stimullaşdırır, ödqovucu təsir edir, öd kisəsində durğunluğun qarşısını alır. Zeytun yağı və zeytun qəbizlikdən əziyyət çəkən insanlara yaxşı kömək edə bilər. Bunun üçün qidalanmanıza zeytun yağı və zeytun əlavə olunmuş tərəvəz salatları tez-tez daxil edin. Qəbizliklə mübarizədə sizə bu kimi sadə vasitə kömək edə bilər - 1 stəkan qatığa 1 çay qaşığı zeytun yağı əlavə edin, yaxşı qarışdırın və qəbul edin.
Qədimdə zeytun "qaliblərin yeməyi" sayılırdı. Zeytun kalorili məhsuldur. Zeytun insana əlavə eneji verir, insanı daha gümrah edir, iş qabiliyyətini artırır.
Zeytun E vitamini ilə zəngindir. Bu vitamin çox güclü antioksidantdır. Antioksidantlar orqanizmdə gedən qocalma prosesləri ləngidir, hüceyrələri bərpa edir, orqanizmi xərçəng xəstəliklərindən qoruyur. Ümumillikdə belə hesab olunur ki, zeytun xərçəngin profilaktikası üçün ən yaxşı vasitələrdən biridir. Belə ki, zeytunun tərkibində olan nadir xeyirli maddələr liqnanlar qadınları süd vəzi xərçəngindən qoruyur, digər nadir maddə skvalen dəri xərçənginin inkişafının qarşısını alır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+7°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0914
  • ₽ RUB
    0.0301