ƏRZAQ SƏBƏTİ

Azərbaycanda hər adama ildə 1 kiloqramadək bal düşməlidir
28 DEKABR 2017
335

Azərbaycanda hər adama ildə 1 kiloqramadək bal düşməlidir

2017-12-28 16:51:00

Azərbaycan əhalinin balla təminatını daha da yaxşılaşdırmaq niyyətindədir.

Fins.az-ın məlumatına görə, bunu Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlığın inkişafı şöbəsinin müdiri Qalib Əbdüləliyev deyib.

Onun sözlərinə görə, Azərbaycanda hər adama ildə orta hesabla 280 qram bal düşür. Nazirlik rəsmisi bu rəqəmin 1 kiloqramadək çatdırmaq lazım olduğunu bildirib:

“Azərbaycanda hər arı ailəsindən ildə 10 kiloqram bal yığılır. Bu, çox aşağı göstəricidir. Dünyada bu göstərici orta hesabla ildə 20,5 kiloqrama bərabərdir”.

Q.Əbdüləliyev qeyd edib ki, hazırda Azərbaycanda 6 minə yaxın adam arıçılıqla məşğul olur: “İndi Azərbaycanda 300 min arı ailəsi var, biz bu rəqəmi 600 minə çatdırmaq niyyətindəyik”.

© Trend

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9996
  • ₽ RUB
    0.0259