ƏRZAQ SƏBƏTİ

Noyabrda ətin, bir sıra meyvə və tərəvəzin qiyməti ucuzlaşıb
15 DEKABR 2017
323

Noyabrda ətin, bir sıra meyvə və tərəvəzin qiyməti ucuzlaşıb

2017-12-15 10:42:00

Bu ilin noyabr ayında oktyabr ayı ilə müqayisədə düyünün, unun, manna və qarabaşaq yarmasının, mal, qoyun və toyuq ətinin, günəbaxan və qarğıdalı yağlarının, limonun, portağalın, narınginin, bananın, almanın, heyvanın, narın, xurmanın, kələmin, göyərtinin, kökün, sarımsağın, şəkər və şəkər tozunun qiymətlərində ucuzlaşma müşahidə olunub.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, həmin dövr ərzində kolbasa məmulatlarının, balıq və süd məhsullarının, pendir və yumurtanın, kərə, zeytun və marqarin yağlarının, xiyarın, bibərin, badımcanın, soğanın, kartofun, çayın qiymətlərində bahalaşma olub.

Digər ərzaq məhsullarının qiymətlərində isə ciddi dəyişikliklər baş verməyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0254