ƏRZAQ SƏBƏTİ

Azərbaycanın kənd təsərrüfatı məhsulları 30 ölkəyə ixrac edilir
15 NOYABR 2017
896

Azərbaycanın kənd təsərrüfatı məhsulları 30 ölkəyə ixrac edilir

2017-11-15 11:22:00

Son illər Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin çevik idarəetmə strukturunun formalaşdırılması, qeyri- dövlət fitosanitar xidməti subyektlərinin inkişafının dəstəklənməsi və digər tədbirlərin həyata keçirilməsi sayəsində ciddi addımlar atılıb.

Fins.az xəbər verir ki, bu fikirləri qurumun rəhbəri Camal Quliyev "Fitosanitar karantin nəzarətində olan məhsulların ənənəvi ixrac bazarlarındakı mövqelərinin möhkəmləndirilməsi məqsədilə fitosanitariya sahəsində beynəlxalq standartların təmin edilməsi" mövzusunda keçirilən tədbirdə deyib.

Xidmət rəisi vurğulayıb ki, son illər ölkədə meyvə-tərəvəzin istehsalı 50 faiz artıb. Azərbaycan bir çox ənənəvi bazarlarda mövqeyini qoruyub saxlayıb. Əgər kənd təsərrüfatı məhsulları 2015-ci ildə 15 ölkəyə ixrac edilirdisə, hazırda bu məhsullar 30 ölkəyə göndərilir.

© Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9349
  • ₽ RUB
    0.0253