ƏRZAQ SƏBƏTİ

Xərcləri kəskin artan "Səba" iri zərərlə üzləşib – ANALİZ
26 OKTYABR
367

Xərcləri kəskin artan "Səba" iri zərərlə üzləşib – ANALİZ

2017-10-26 09:32:00

31 dekabr 2016-cı il tarixinə "Səba" ASC-nin aktivlərinin həcmi 52 mln. 234,308 min manat təşkil edib. Fİns.az APA-ya istinadən xəbər verir ki, 2015-ci illə müqayisədə aktivlərin həcmi 2 mln. 921,729 min manat azalıb.

Aktivlərin 37 mln. 154,035 min manatı (478,368 min manat azalma) uzunmüddətli, 15 mln. 80,273 min manatı (2 mln. 443,361 min azalma) isə qısamüddətlidir.

Hesabat dövründə şirkətin nizamnamə kapitalı dəyişməyərək 4 mln. 790,592 min manat, əlavə kapital isə 10 mln. 890,819 min manat olub.

Bölüşdürülməmiş mənfəəti 10 mln. 552,980 min manat olduğu halda, şirkət ili 3 mln. 341,335 min manat məbləğində xalis zərərlə başa vurub. Bunun səbəbi xərclərin satışdan əldə olunan gəliri kəskin üstələməsidir. Belə ki, 2016-cı il ərzində "Səba" satışdan 48 mln. 216,652 min manat (2 mln. 422,544 min manat artım) əldə edib, lakin şirkətin xərcləri 51 mln. 557,987 min manat (3 mln. 577,652 manat artım) təşkil edib. Yeri gəlmişkən, şirkət ötən il 16 mln. 60,658 min kq məhsul sata bilib ki, bu da 2015-ci illə müqayisədə 312,759 min kq çoxdur. Bir məhsulun orta satış qiyməti 2015-ci ildəki 2,91 manatdan 3 manata çatıb ki, bu da 9,4%-lik artımdan xəbər verir. İl ərzində satışın mənfəətliliyi 2,2% azalaraq -6,9%-ə (2015-ci ildə -4,8%) enib.

Hesabat dövründə şirkətin işçilərinin sayı 265 nəfər azalıb. Belə ki, 2015-ci ilin sonuna işçilərin sayı 840 nəfər idisə, 2016-cı ilin sonuna bu rəqəm 575 olub. Bir işçiyə düşən illik hasilat 54,517 min manatdan 83,855 min manata yüksəldiyi halda, bir işçiyə düşən aylıq əmək haqqı 631 manatdan 622 manata enib.

"Səba" ASC 1981-ci ildə tikilib istifadəyə verilmiş Dəvəçi quşçuluq fabrikinin maddi-texniki bazasının yenidən qurulması sayəsində 1996-cı ildə yaranıb. Özəlləşdirmə üzrə I dövlət proqramına uyğun olaraq, Dəvəçi quşçuluq fabriki 1997-ci ildə özəlləşdirmə prosesini uğurla keçib. Fabrikdə istehsalın əvvəlki gücünün bərpası, köhnəlmiş avadanlıqların əvəzinə müasir avadanlıqların gətirilib quraşdırılması, mövcud mexanizm və qurğuların sazlanaraq istifadəyə yararlı hala salınması və s. kimi yenidənqurma işlərinə 2002-ci ilin yanvarından başlanıldı və 6 ay ərzində müəssisə illik məhsul istehsalı üçün tam hazır vəziyyətə gətirilib. Bu yenidənqurmada "Respublika" səhmdar-kommersiya bankının "Səba" ASC-yə ayırdığı 13 mlrd. manat kredit istehsalın bərpasına yönəldilib.

"Səba" ASC-nin fabriki 135 hektar ərazidə yerləşir. Fabrikin ərazisində 90 tikili, o cümlədən 52 quş damı (quş saxlamaq üçün broyler tikililəri) fəaliyyət göstərir. Müəssisənin illik quş əti istehsalının həcmi 13000 tondur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0152
  • ₽ RUB
    0.0291