ƏRZAQ SƏBƏTİ

Bu məhsulların qiyməti BAHALAŞACAQ
25 OKTYABR
579

Bu məhsulların qiyməti BAHALAŞACAQ

2017-10-25 12:11:00

Fins.az-ın xəbərinə görə, bununla bağlı Metbuat.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirib ki, ilk artım kənd təsərrüfatı məhsullarında olacaq:

“Noyabrdan yerli məhsulların bazarda azalması kənd təsərrüfatı məhsullarının qiymətinin artmasına səbəb olacaq. Bu, mövsüm xarakterli artımdır.

Ətin qiymətinin yenidən bahalaşması gözlənilir. Yem məhsullarına tələbin artması, xüsusilə qış aylarında ətin qiymətinə təsir göstərəcək.

Xaricdə gedən proseslərdən asılı olaraq, Avrozonadan gətirilən məhsulların qiymətində də artım ola bilər. Avronun məzənnəsi manata nəzərən son aylar xeyli yüksəlib. Bu da Avrozonadan gətirilən məhsulların manatla ekvivalentinə təsir göstərəcək. Yağın qiyməti ilə bağlı dünya bazarında artım müşahidə olunur. Bu səbəblə, ölkədə kərə yağının qiymətində də artım olması gözləniləndir. İlin sonuna kimi kənd təsərrüfatı məhsullarından tutmuş, Avrozonadan gətirilən məhsullara qədər artımın olması gözləniləndir”.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0152
  • ₽ RUB
    0.0291