ƏRZAQ SƏBƏTİ

Növbəti dörd ildə birrəqəmli inflyasiya olacaq – PROQNOZ
24 OKTYABR
293

Növbəti dörd ildə birrəqəmli inflyasiya olacaq – PROQNOZ

2017-10-24 16:05:00

Azərbaycan hökumətinin proqnozuna əsasən, 2017-ci ildə orta illik inflyasiya 13,2% təşkil edəcək.

Fins.az xəbər verir ki, bu, 2018-2021-ci illər üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərində əksini tapıb.

Hökumətin proqnozlarına görə, 2018-ci ildə orta illik inflyasiya 6,1% olacağı təqdirdə, 2019, 2020 və 2021-ci illərdə bu göstərici müvafiq olaraq 4,3%, 3,1% və 3,1% olacaq.

Bu il ölkədə yaşayış minimumu 155 manat təşkil edəcək. Hökumətin gözləntilərinə əsasən, gələn il yaşayış minimumu 173 manat olacaq, 2019, 2020 və 2021-ci illərdə isə bu məbləğ müvafiq olaraq 180, 186 və 192 manata çatacaq.

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0152
  • ₽ RUB
    0.0291