ƏRZAQ SƏBƏTİ

Qiymətləri "əl yandırır"
18 OKTYABR
569

Qiymətləri "əl yandırır"

2017-10-18 10:57:00

Havaların yağmurlu keçməsi Zaqatalada şabalıd yığımını çətinləşdirib. Son illər bu ağaclarının kütləvi şəkildə quruması azmış kimi, yay fəslinin yağmursuz, məhsul yığımı dövrünün isə yağışlı keçməsi məhsuldarlığa və keyfiyyətə təsir edib. Məhsul azlığı bazarlarda qiymətin artması ilə nəticələnib.

Ölkədə şabalıdın ən çox yığıldığı yerlərdən olan Zaqatalada qiymətlər əl yandırır. Ötən il şabalıdın bir kiloqramı 3-5 manata satılırsa, indi qiymətlər 5-10 manat arasında dəyişir. 

Şabalıdla bağlı problem bu mövsümə xas deyil. Ağacların kütləvi quruması bağ sahiblərini çıxılmaz vəziyyətə salıb. Quraqlıqdan sonra yağan yağışsa tikanlı qabığın içində belə şabalıdı çatladıb. Belə məhsulu isə uzun müddət saxlamaq mümkün deyil.

Belə getsə, bu il milli mətbəximizin olmazsa, olmazı sayılan şabalıdı, plov, qovurma və digər yeməklərdə başqa çərəzlərlə əvəz etməli olacağıq. Mütəxəssislər şabalıq ağaclarının qorumasını önləmək üçün qabaqlayıcı tədbirlər görülməsini vacib sayır. Eyni zamanda yeni bağların salınması ilə də məhsuldarlığı artırmaq mümkündür.  

© ARB

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0152
  • ₽ RUB
    0.0291