ƏRZAQ SƏBƏTİ

Heyvandarlıq məhsullarının istehsalçı qiymətləri bahalaşdı
17 OKTYABR
190

Heyvandarlıq məhsullarının istehsalçı qiymətləri bahalaşdı

2017-10-17 12:08:00

Bu ilin sentyabr ayında avqust ayına nisbətən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 0,3 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalçı qiymətləri 0,1 faiz, heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 0,5 faiz bahalaşıb.

Fins.az xəbər verir ki, ay ərzində meşə təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 1,5 faiz bahalaşıb. Balıq və sair balıqçılıq məhsullarının istehsalçı qiymətləri isə 0,4 faiz ucuzlaşıb.

2017-ci ilin yanvar-sentyabr ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun dəyəri faktiki qiymətlərlə 5295,6 milyon manat təşkil edib. Onun da 2589,2 milyon manatı heyvandarlıq, 2706,4 milyon manatı isə bitkiçilik məhsullarının payına düşüb. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0152
  • ₽ RUB
    0.0291