ƏRZAQ SƏBƏTİ

FAO: Dünyada yağ qiymətləri son 7 ayın ən yüksək səviyyəsinə çıxıb
05 OKTYABR
144

FAO: Dünyada yağ qiymətləri son 7 ayın ən yüksək səviyyəsinə çıxıb

2017-10-05 15:20:00

Birləşmiş Millətlər Təşkilatının Qida və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən hazırlanan qlobal ərzaq qiymətləri indeksi sentyabr ayında 0,8 faiz artmışdır. 

Fins.az xəbər verir ki, Təşkilatdan verlən açıqlamada qlobal ərzaq qiymətləri indeksinin 178,4 bənd olduğu bildirilib. İndeks bir əvvəlki ay 177,0 bənd səviyyəsində idi. 

Taxıl qiymətləri indeksi 1,0 faiz azalma ilə 152,2 bəndə geriləyərkən, yağ qiymətləri indeksi isə 164,4 bənddən 171,9 bəndə qalxaraq son 7 ayın ən yüksək səviyyəsinə çıxıb.

Süd qiymətləri indeksi 2,1 faiz artımla 224,2 bəndə çatıb. 

Ət qiymətləri indeksi  isə dəyişməyərək 1732,2 bənd səviyyəsində qalıb. Şəkər qiymətləri indeksi yüngül bir artımla 204,2 bəndə yüksəlib.

© Marja

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+19°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0087
  • ₽ RUB
    0.0296