ƏRZAQ SƏBƏTİ

Leçonu hazırlayım yoxsa alım? – MÜQAİSƏ
28 SENTYABR 2017
685

Leçonu hazırlayım yoxsa alım? – MÜQAİSƏ

2017-09-28 15:35:00

Qış fəslində koservləşdirilmiş qida məhsullarına tələbat çox olduğundan əksər xanımlarımız müxtəlif tərəvəzlərdən qış tədarükü edirlər. Xanımların ev şəraitində konservləşdirdiyi qida məhsullarından biri də leçodur. Xanımlarımızın müxtəlif işlərdə çalışdığını nəzərə alsaq, bu iş böyük zəhmət və vaxt itkisinə səbəb olur. Fins.az olaraq, satış nöqtələrində satılan hazır leço ilə ev şəraitində hazırlanan məhsulu müqayisə etdik. Yerli istehsal olan 680 qramlıq leço salatı

 

Ev şəraiti

Hazır məhsul

Ərzaq

Qiymət

Ərzaq

Qiymət ( AZN)

pomidor

0,70

 

 

Hazır məhsul               1,80 manat

qırmızı bibər

0,30

yaşıl bibər

0,30

kök

0,50

soğan

0,20

bitki yağı

0,60

30 qram şəkər tozu,duz

0,10

banka

0,30

kommunal  xərclər

0,30

Cəmi

3,30

Apardığımız müqayisədən aydın olur ki, satış nöqtələrində satılan konservləşdirilmiş məhsul daha ucuz qiymətə başa gəlir. Keyfiyyəti isə heç də pis olmur. Amma konservləşdirilmiş məhsulu alarkən, onun istehsal tarixi mütləq şəkildə yoxlanılmalıdır. Konservləşdirilmiş məhsulun üzərində saxlama müddəti 2 il göstərilsə də, bəzən saxlanma şəraiti düzgün olmadığı halda məhsul keyfiyyətini tez itirir.Bu baxımdan həmin məhsulu alarkən saxlanma şəraitinə də diqqət yetirin.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256