ƏRZAQ SƏBƏTİ

Ənənəvi üsul, yoxsa müasirlik
21 SENTYABR 2017
727

Ənənəvi üsul, yoxsa müasirlik

2017-09-21 13:30:00

Meqopolislərdə zaman çox yüksək sürətlə hərəkət edir. Müasir dövrümüzdə paytaxtımızı da bu sıraya daxil etmək olar. Keçmiş zamanlarda xanımlarımızın əksəryyəti yay mövsümündən qış tədarükünə hazırlaşardılar. Hal-hazırda xanımlarımızın böyük bir qismi günün bir çox hissəsini işdə keçirdikləri üçün, tədarükə vaxt qalmir. Qış aylarında tədarükü az olan xanimların köməyinə konservləşdirilmiş məhsullar çatır. Ölkəmizdə bu sahədə fəaliyyət göstərən bir çox müəsisələr var.

Fins.az olaraq bir məhsul üzərindən kiçik bir araşdırma apardıq və ev şəraitində hazırlanmış məhsulla, satış nöqtələrində olan məhsulun qiymət fərqini müqayisə etdik. Ümumiyyətlə ənənəvi qış tədarükü lazımdırmi, bunun qərarını oxucu verəcək. Beləliklə, yerli istehsal olan 730 qr badımcan kürüsü

Ev şəraiti

Hazır məhsul

Ərzaq

Qiymət (AZN)

Ərzaq

Qiymət (AZN)

Badımcan 1 kq

0.50

 

 

Hazır məhsul    2.7

Pomidor - 750 qr

0.70

Bolqar bibəri -250 qr

0.40

Acı bibər - 2 ədəd

0.30

Sarımsaq – 1 baş

0.40

Soğan – 250 qr

0.25

Bitki yağı – 250 qr

1.8

Banka

0.3

Komunal xərc (təqribi)

0.3

Cəmi

4.95

Müqayisə zamanı aydın olur ki , satılan bu məhsul ənənəvi üsuldan daha ucuz başa gəlir, keyfiyyət baxımından da sərfəlidir. Sadəcə bir şeyi yaddan çıxarmaq olmaz ki, bu qida məhsulunu alarkən istehsal tarixinə xüsusi diqqət edilməlidir.  Ev şəraitində konservləşdirilmə zamanı xırda bir səhv insan həyatı üçün təhlükəyə səbəb ola bilər.  Qida sənayesi müəssisələrində koservləşmə yüksək texnologiya ilə aparıldığından onlar orqanizm üçün təhlükəsiz hesab olunur.  Sağlamlığımız baxımından bu cür məhsulların alınması daha məqsədə uyğundur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256