ƏRZAQ SƏBƏTİ

Bakıda 10 milyard manatlıq məhsul satılıb - Pərakəndə
06 SENTYABR
348

Bakıda 10 milyard manatlıq məhsul satılıb - Pərakəndə

2017-09-06 13:00:00

2017-ci ilin yanvar-iyul aylarında Bakının pərakəndə ticarət şəbəkələrində 10 milyard 304,9 milyon manat məbləğində məhsul satılıb.

Fins.az bildirir ki, bu məbləğ əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,7 faiz çoxdur.

Yanvar-iyul aylarında xidmət müəssisələri tərəfindən əhaliyə 2 milyard 673 milyon 395 min manatdan artıq, yaxud 2016-cı ilin müvafiq dövrünün səviyyəsinin 99,4 faizi həcmində ödənişli xidmətlər göstərilib.

 

İstehlak məhsullarının və xidmətlərin qiymətləri iyul ayında iyun ayına nisbətən 0,1 faiz ucuzlaşıb, o cümlədən ərzaq məhsullarının qiymətləri 1,2 faiz ucuzlaşıb, qeyri-ərzaq məhsullarının 1,2 faiz bahalaşıb, xidmətlər üzrə qiymətlər 0,4 bahalaşıb.

©Trend

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0032
  • ₽ RUB
    0.0289