ƏRZAQ SƏBƏTİ

Qida məhsullarının istehsalında 2,3 faiz artım olub
16 AVQUST
311

Qida məhsullarının istehsalında 2,3 faiz artım olub

2017-08-16 10:32:00

Bu ilin yanvar-iyul aylarında ötən ilin eyni dövrü ilə müqayisədə tütün məmulatlarının istehsalında 23,6 faiz azalma, qida məhsullarının istehsalında 2,3 faiz, içki istehsalında isə 30 faiz artım müşahidə olunub.

Dövlət Statistika Komitəsindən bildirilib ki, bu sahələrin əsas məhsullarından pendir və kəsmik istehsalı 3,9 faiz, kolbasa məmulatlarının istehsalı 58,0 faiz, marqarin istehsalı 15,1 faiz, cem və marmeladların istehsalı 3,7 faiz, alkoqolsuz içkilərin istehsalı 5,9 faiz, pivə istehsalı 23,3 faiz artıb. Bununla yanaşı qənd və şəkər tozu istehsalında 29,5 faiz azalma müşahidə olunub.

© Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+16°C
  • $ USD
    1.7002
  • € EUR
    1.9941
  • ₽ RUB
    0.0287